"Barselona" və ya "Real"da çalışmaq istəyirəm"

"Tottenhem"in keçmiş baş məşqçisi Andre-Villaş Boaş çalışdırmaq istədiyi klubların adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, "Marca"ya danışan portuqaliyalı mütəxəssis "Barselona" və ya "Real"da (Madrid) işləmək istədiyini bildirib: 
"Real" və "Barselona" dünyanın ən yaxşı klublarındandır. Madrid klubu Kataloniya təmsilçisindən daha çox kubok qazansa da, "Barsa" yaxın tarixdə öz sözünü demiş komandadır. Bu klublardan birində çalışmağı çox istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31