"Real"dan darmadağın, "Qalatasaray" "Çelsi" ilə heç-heçə etdi
27 Fevral 2014 12:17 İdmanBu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, bu gecə daha iki qarşılaşma baş tutub.
Azərbaycanlı azarkeşlərin də böyük maraqla gözlədiyi oyun İstanbulda keçirilib. Burada yerli "Qalatasaray" "Çelsi"ni sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Digər qarşılaşmada Madrid "Real"ı səfərdə Almaniyanın "Şalke" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək.
26 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Torres, 8 (0:1), Şedju, 65 (1:1)
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)- 1:6
Qollar: Benzema, 13 (0:1), Bale, 21 (0:2), Ronaldo, 52 (0:3), Benzema, 57 (0:4), Bale, 69 (0:5), Ronaldo, 89 (0:6), Huntelar, 90+1 (1:6)
25 fevral
21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4
Qollar: Mixtaryan, 4 (0:1), Roys, 5 (0:2), Şatov, 58 (1:2), Levandovski, 61 (1:3), Halk, 69-pen (2:3), Levandovski, 71 (2:4)
23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0
Qollar: Dominges, 38 (1:0), Kembel, 55 (2:0)