Ançelotti: “Beyl bu mövsüm ən yaxşı oyununu keçirdi"
27 Fevral 2014 19:57 İdman"Komanda şəklində əla oyun nümayiş etdirdik. Hər şeydən razı qaldım. Hücum xəttimiz çox təhlükəlidir". Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasında "Şalke"yə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Təcrübəli mütəxəssis ötən yay 100 milyon avroya transfer etdikləri Qaret Beylin çıxışını da dəyərləndirib:
"Beyl bu mövsüm ən yaxşı oyununu keçirdi. Artıq özünə daha çox inanır və necə bir futbolçu olduğunu sübut edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31