Suarez: "Məni "Liverpul"da Cerard saxladı"
27 Fevral 2014 19:46 İdman"Liverpul" klubunun hücumçusu Luis Suarez komandanın kapitanı Stiven Cerard haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, "ESPN"ə danışan uruqvaylı futbolçu onun komandada qalmasında Cerardın böyük rolu olduğunu bildirib: "Cerard mənim haqda mətbuatda danışmır. O, sözünü üzümə deyir. Komandanın kapitanı olması onun sadə və səmimi qalmasına mane olmur. "Liverpul"da pis dönəm keçirirdim. Həmin vaxt Cerard mənə dedi: "Sən son illər "Liverpul"un heyətində çıxış edən ən yaxşı hücumçususan". Cerard kimi futbolçudan belə sözlər eşitmək məni çox məmnun etdi. Şəxsən "Liverpul"da qalmağıma o məni razı saldı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31