"Real"dan daha bir ilk

"Real" Çempionlar Liqasının tarixində yeni bir rekorda imza atıb. Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, ÇL-in 1/8 finalında "Şalke" ilə matçda 6:1 hesabı ilə qalib gələn Madrid klubu qrupdan sonrakı pley-off mərhələsində səfərdə 6 qol vuran ilk komanda olub.
Bundan başqa "Kral klubu" ÇL-də ard-arda 32 matçda rəqib qapılarına yol taparaq öz rekordunu yeniləyib.
Qeyd edək ki, "Real" bu oyunla indiyə kimi ÇL-də vurduğu qolların sayını 806-a yüksəldib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31