Mançini: "Çelsi"yə həddindən artıq hörmətlə yanaşdıq"
27 Fevral 2014 12:29 İdman"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini ÇL-ın 1/8 final mərhələsində "Çelsi"yə qarşı keçirdikləri oyun (1:1) haqda açıqlama verib.
Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, italiyalı çalışdırıcı komandasının çox səhvlərə yol verdiyini vildirib:
"Çelsi"yə həddindən artıq hörmətlə yanaşdıq. İlk 20 dəqiqədə 4-5 kobud səhvimiz oldu. İkinci hissədə isə oyuna nəzarəti ələ aldıq".
Mançini İzzət Hayroviçi ilk hissədə əvəzləməsinə də münasibət bildirib: "Yekta ilə oyuna başlamağı düşündüm. Ancaq hücum futboluna çox üstünlük verməkdən çəkindim. Qalib gəlmək üçün daha artığını etməli olsaq da, bacarmadıq. Turu keçmək üçün bundan yaxşı oynamalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31