Ronaldo: "Daha çox qol vura bilərdim, ancaq..."

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında dünən baş tutan "Şalke" ilə oyun haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan portuqaliyalı futbolçu dünənki matçda komandasının daha əla oynadığını deyib.
"Mən, Benzema və Beyl çox əla oynadıq. Ona görə yox ki, biz qol vurduq. Sadəcə oyunumuz çox yaxşı alındı. Ümumilikdə bütün futbolçular işin öhdəsindən layiqincə gəldilər. Daha çox qol vura bilərdim, ancaq rəqib qapıçı yaxşı oynadı".
Qeyd edək ki, "Real"ın 6:1 hesabı ilə qalib gəldiyi görüşdə vurulan qolların müəllifi məhz Ronaldo olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31