Azərbaycanlı azarkeşlər stadionda həbs edildilər

Asiya çempionlar liqasında Təbrizin "Traktor" FK ilə "Əl-İttihad" arasında keçirilən oyunda İranın kəşfiyyat orqanlarının əməkdaşları azərbaycanlı azarkeşlərə qarşı növbəti təxribata əl atıblar. Belə ki, kəşfiyyat tribunada "Ana dilimdə məktəb" yazılmış bilbordu açmaq istəyən güneyli türklərə mane olub. Kəşfiyyatçılar tərəfindən təhqir olunub döyülən azarkeşlərin biri qrupu həbs edilib. "50000000"-nun verdiyi məlumata görə, saxlanılanlar naməlum istiqamətə aparılıb. ("OLAYLAR" İA)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31