Özil Almaniyaya getdi

Son zamanlar uğursuz çıxışı ilə seçilən "Arsenal"ın futbolçusu Məsut Özilə baş məşqçi Arsen Venger istirahət verib.
Qol.Az-ın "Daily Mirror" qəzetinə istinadən yaydığı xəbərə görə, "Bavariya" ilə matçda penalti zərbəsini yerinə yetirə bilməyən yarımmüdafiəçi ölkəsi Almaniyaya gedib.
Ailəsi ilə görüşən oyunçunun psixoloji cəhətdən özünə gəlməsi üçün belə bir addım atılıb.

Qeyd edək ki, Özilin şənbə günü Premyer Liqada "Stok Siti" ilə matçda iştirak edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31