Mançini İngiltərəyə qayıtmaq istəyir
26 Fevral 2014 19:05 İdman"Qalatarasaray"ın baş məşqçisi Roberto Mançini mövsümün sonunda İstanbul klubundan ayrılmaq istəyir. Qol.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "Daily mail" qəzeti məlumat yayıb. Bildirilib ki, italiyalı çalışdırıcı yeni mövsümdən Premyer liqaya qayıtmağı planlaşdırır. Mançinin "Tottenhem" və ya "Nyukasl"ı çalışdıra biləcəyi yazılıb.
Qeyd edək ki, Mançini 2009-2013-cü illərdə "Mançester Siti"də baş məşqçilik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31