"Mançester Siti"nin hücumçusu "Atletiko"nun hədəfində

"Mançester Siti" klubunun hücumçusu Edin Dzekoya təkliflər gəlməkdə davam edir. Qol.Az-ın "SportMediaset"ə istinadən verdiyi məlumata görə, "İnter"in ardından "Atletiko" (Madrid) klubu bosniyalı futbolçunun xidmətində maraqlıdır. Klub rəhbərliyi mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Dieqo Kostanın boşluğunu məhz Dzeko ilə doldurmaq niyyətindədir. Lakin 27 yaşlı futbolçunun "Mançester Siti"də qalacağı da istisna olunmur. Futbolçu son qərarını dünya çempionatından sonra açıqlayacağını bildirib. 
Qeyd edək ki, Dzeko bu mövsüm meydana çıxdığı 20 oyunda 7 dəfə rəqib qapılarına yol tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31