Avropada mövsümün ən yaxşı qapıçıları bəlli oldu

Bu mövsüm Avropanın "böyük beşlik" liqalarının ən yaxşı qapıçıları bəlli olub. Qol.Az-ın məlumatına görə, 13 qolkiperin yer aldığı siyahıya "Lill" klubunun qapıçıcı Vinsent Enyema başçılıq edir. Nigeriyalı əlcək ustası Fransa Liqasında forma geyindiyi 23 turun 14 görüşündə qapısını toxunulmaz saxlaya bilib. "Roma"nın qapıçısı Morqan de Sanktis ikinci, "Yuventus"un əfsanəvi qolkiperi Canluici Buffon isə üçüncü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31