“Fənərbaxça” - “Azəryol” görüşündə Xocalı anıldı

İstanbulda qadın voleybolçulardan ibarət Bakının "Azəryol" komandası  Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışının yarımfinal mərhələsində "Fənərbaxça" klubu ilə qarşılaşıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, oyun zamanı Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı "Xocalıya Ədalət" kampaniyası çərçivəsində "Azəryol" komandasının təşəbbüsü və İstanbuldakı Baş konsulluğumuzun və İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə Xocalı şəhidlərimiz anılıb. Voleybolçularımız şəhidlərimizin xatirəsinə ehtiram olaraq, oyun başlarkən üzərinə 3 dildə "Xocalıya Ədalət" yazılmış banner ilə bir dəqiqəlik sükutla şəhidlərimizi yad edib meydana qollarında qara sarğı ilə çıxıblar. Stadionda isə azarkeşlərimiz "Xocalıya Ədalət" kampanyasının köynəklərini geyinərək komandamıza dəstək olublar. Məqsəd  bu dəhşətli faciəni dünya ictimayyətinin, o cümlədən Türkiyə ictimaiyyətinin diqqətinə  bir daha çatdırmaq olub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31