Van Persi komanda yoldaşlarını tənqid etdi

"Mançester Yunayted"in hücumçusu Robin van Persi Çempionlar Liqasının 1/8 finalında "Olimpiakos"la oyundan (0:2) sonra açıqlama verib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı hücumçu komanda yoldaşlarını tənqid edib.
O bildirib ki, komanda yoldaşları özünün oynadığı mövqeni doldururdular: "Komanda yoldaşlarım oynamaq istədiyim mövqeləri işğal edirdilər. Bu isə mənə çətinlik yaradırdı. Mən də onların etdiklərinə uyğun hərəkət etmək məcburiyyətində qalırdım. Bu, çox pis oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31