Nazir Şamaxıda vətəndaşları qəbul edib

Gənclər və Idman naziri Azad Rəhimov Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan  vətəndaşları  qəbul edib. Nazirlikdən "OLAYLAR"-s verilən məlumata görə,  40-a yaxın vətəndaşın iştirak etdiyi görüş Şamaxı Olimpiya İdman Kompleksində baş tutub.   20-ə yaxın  müraciət Olimpiya İdman Komplekslərinin, idman  zallarının tikintisi və təmiri,  stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adlarin verilməsi və digər mövzularla bağlı olub. 20-dən artıq müraciət isə gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi,  gənclərin qeyri-hökumət  təşkilatlarının yaradılması istiqamətində  olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31