Moyes: "Çempionlar Liqasını qazana bilərik"

"Mançester Yunayted" klubunun baş məşqçisi Devid Moyes Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Olimpiakos"la oyunöncəsi iddialı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan şotlandiyalı mütəxəssis bu mövsüm Çempionlar Liqasını qazana biləcəklərini deyib:
"Olimpiakos"la oyunu səbirsizliklə gözləyirəm. Bu turnirdən böyük zövq alıram. Qrupu birinci pillədə başa vurmağımız bizə əlavə üstünlük verir. Növbəti mərhələyə adlamaq üçün yaxşı oynamalıyıq. Bu mövsüm ÇL-i qazanmaq şansımız var. Ancaq ilk öncə "Olimpiakos" səddini keçməliyik. Bu çox çətin olacaq. Rəqib evdə yaxşı təsir bağışlayır. Buna görə də bizi gərgin və maraqlı oyun gözləyir".

Qeyd edək ki, "Olimpiakos" - "Mançester Yunayted" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31