Zidanın oğlu milli komandada
25 Fevral 2014 19:07 İdman"Real"ın məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan milliyə dəvət olunub. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Fransanın U-19 millisinin 3-5 mart tarixlərində keçiriləcək təlim məşq toplanışı üçün heyətində onun adı da var. Burada bir çox tibbi müayinədən keçəcək E.Zidanın fiziki durumu və oyununa diqqət yetiriləcək.
Qeyd edək ki, "Real"ın C komandasında çıxış edən 18 yaşlı E.Zidanın milliyə çağırılması ölkədə böyük sevinclə qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31