Prandelli: "Azərbaycan millisi sürətlə inkişaf edir"
24 Fevral 2014 18:52 İdman"Belçika və İsveçrə ilə eyni qrupa düşməməyimiz yaxşı oldu. Lakin Xorvatiyanın bu iki komandadan zəif olduğunu düşünmürəm. Ümumiyyətlə biz heç də asan qrupa düşməmişik".
Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli UEFA-nın rəsmi saytına açıqlamasında "Avro-2016"nın püşkünü dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisinin sürətlə inkişaf etdiyini bildirib: "Xorvatiya və Bolqarıstan potensialına görə qrup birincisi ola bilərlər. Malta ilə daha öncə də ("DÇ-2014"ün seçmə mərhələsində) qarşılaşmışdıq. Onlarla görüşün asan olmayacağını bilirik. Norveç də yaxşı komandadır. Azərbaycan millisi isə sürətlə inkişaf edir. Düşünürəm ki, çətin qrupa düşmüşük. Qrupdan çıxmaq istəyiriksə, seçmə mərhələyə yaxşı hazırlaşmalıyıq".