"Qalatasaray"la oyunöncəsi "Çelsi"də daha bir itki
24 Fevral 2014 19:53 İdmanÇempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la qarşılaşacaq "Çelsi"də zədəli futbolçuların sayı artıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London klubunda bu dəfə Obi Mikel komandanın məşqində zədələnib.
Qeyd edək ki, "Çelsi"də Oskar və David Luis də zədəli futbolçular sırasındadır. Hər üç oyunçunun "Qalatasaray"la matçda iştirak edib-etməyəcəyi sabah məlum olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31