Mourinyo: "İbrahimoviçin "Çelsi"yə gəlməsi mümkünsüzdür"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin London klubuna transfer olunmasını mümkünsüz hesab edir.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis isveçli futbolçunun Paris təmsilçisindən ayrılmayacağını deyib:
"Zlatanın "Çelsi"yə gəlməsi mümkünsüzdür. Bunu dəqiq bilirəm, çünki onunla yaxın dostam. İbrahimoviçlə bəzən danışırıq. PSJ onun üçün bu qədər pul xərclədikdən sonra ayrılmasına icazə verməz".
Qeyd edək ki, İbrahimoviç bir müddət öncə verdiyi açıqlamasında İngiltərə Premyer Liqasında oynaya biləcəyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31