Simeone: "İkinci hissədə meydanda "Atletiko" yox idi"

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone La Liqada məğlub olduqları "Osasuna" ilə oyunu şərh edib. Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan argentinalı mütəxəssis rəqibin onları təəccübləndirdiyini bildirib: "Osasuna" çox yaxşı oynadı. Onlar bizi yaxşı oyun keyfiyyəti ilə təəccübləndirdilər. Bəzən belə məğlubiyyətlər olur. Futbolçularım meydanda ləng davranırdılar. İkinci hissədə isə "Atletiko" sanki meydanda yox idi".
Qeyd edək ki, "Osasuna" - "Atletiko" matçı 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31