Xavi: "Barselona" heç bir rəqibindən çəkinmir"
21 Fevral 2014 19:12 İdman"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez komandasının hazırkı durumu haqda danışıb. Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu "Goal.com"a açıqlamasında "Barselona" bu mövsüm əla formada olduğunu bildirib: "Barselona" Çempionlar Liqasında heç bir rəqibdən çəkinmir. Nə "Bavariya", nə "Atletiko", nə də PSJ-dən qorxumuz yoxdur. Özümüzü yaxşı hiss edirik və hər oyunda qələbə üçün döyüşməyə hazırıq. La Liqada liderik, İspaniya kubokunun finalındayıq və ÇL-də inamla irəliləyirik. Bütün bunlar bizim əla formada olduğumuzu göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31