PSJ iki futbolçusu ilə müqaviləni yenilədi

PSJ iki futbolçusu ilə müqaviləni yeniləyib. Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, bunlar Bles Matyuidi və Maksvelldir. Onlarla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib. Ancaq hər iki oyunçunun maaşının artırıldığı bildirilib.
Qeyd edək ki, Matyuidi 2011, Maksvell isə 2012-ci ildən Paris təmsilçisində çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31