Rüştü: "Valdes "Barselona"da qalmalıdır"

"Barselona" klubunun sabiq qapıçısı Rüştü Rəcbər komandanın hazırkı qolkiperi Viktor Valdesin mövsümün sonunda Kataloniya klubundan ayrılamaq istəməsinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, Rəcbər İspaniya mətbuatına açıqlamasında Valdesin "Barselona"da qalmalı olduğunu deyib:
"Mən "Barselona"da olarkən Valdes çox gənc idi və meydana çıxmaq üçün tələsirdi. Ancaq o artıq yetkin və təcrübəli qapıçıdır. Məncə, əgər o əsas heyətdə meydana çıxırsa, "Barsa"nı tərk etməməlidir. Valdes karyerasını "Barselona"da başa vura bilər. Bir daha düşünməlidir".
Qeyd edək ki, Rüştü 2003-2004-cü illərdə "Barselona"nın şərəfini qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31