Skolari: "Dünya çempionatının əsas favoriti Braziliyadır"
20 Fevral 2014 18:24 İdmanBraziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komandasının qarşıdakı dünya çempionatında şanslarını dəyərləndirib. Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan təcrübəli mütəxəssis komandasının mundialın əsas favoriti olduğunu bildirib: "Biz təsadüfən dünya çempionatının üç favoriti arasında yer almamışıq. Ümumilikdə 8 komandanın dünya kubokunu qazana biləcəyi proqnozlaşdırılır. Lakin biz mundialın əsas favoritiyik. Bizim çox gözəl komandamız, dəqiq strategiyamız və yaxşı futbolçularımız var. Dünya çempionatında məqsədimizə nail olacağımıza inanıram".
Qeyd edək ki, A qrupunda yer alan Braziliya millisi Xorvatiya, Meksika və Kamerun yığmaları mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31