"Arsenal"ın futbolçusu "Liverpul"un hədəfində
20 Fevral 2014 18:22 İdman"Arsenal" klubunun müdafiəçisi Bakari Sanyaya daha bir klub rəsmi təklif göndərib.
Qol.Az-ın "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, "Liverpul" klubu fransız futbolçunun xidmətində maraqlıdır. Mövsümün sonunda azad agent statusu alacaq 30 yaşlı futbolçu hələlik Liverpul"un təklifinə heç bir münasibət bildirməyib. Təcrübəli futbolçunun mövsümün sonunda "A rsenal"da qalacağı da istisna olunmur.
Qeyd edək ki, 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyan Sanya ilə "Milan" və "Napoli" klubları da yaxından maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31