Albert Rieranın yeni klubu müəyyənləşdi
20 Fevral 2014 19:56 İdmanQış transferi pəncərəsində "Qalatasaray"dan ayrılan Albert Rieranın yeni komandasının adı müəyyənləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, ispan yarımmüdafiəçi Ukraynanın "Metallist" klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtləri barədə açıqlama verilməyib.
Qeyd edək ki, 2011-ci ildə "Qalatasaray"a transfer olan A.Riera İstanbul klubu ilə 60 matçda oynayıb. "Cim-Bom" yanvar ayında futbolçuya 750 min dollar təzminat ödəyərək müqaviləni ləğv edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31