Putin: “Qərb Yanukoviçi yox, müxalifəti günahlandırmalıdır”

"Qərb Ukrayna hakimiyyətini qınamaqdan və günahlandırmaqdan imtina etməlidir" - telefonla Almaniya Kansleri Angela Merkellə danışan Rusiya prezidenti Vladimir Putin belə deyib. Kremldən Rusiya mətbuatına verilən məlumata görə, Putin Qərbdən Yanukoviçin yerinə Ukrayna müxalifətinin radikal hərəkətlərinə görə qınanılmasını tələb edib. Merkel və Putin Ukraynada vəziyyətin normallaşması üçün müəyyən təbdirlərin görülməsinin vacib olduğunu qeyd ediblər. Liderlər məsələ ilə əlaqədar müzakirələri davam etdirməkdə razılığa gəliblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31