Yanukoviç Ukrayna müxalifətilə razılığa gəldi: “Atəşkəs olacaq”

Ukrayna Prezidentinin mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, dövlət başçısı Viktor Yanukoviç müxalifət liderləri Arseni Yatsenyuk, Vitali Kliçko və Oleq Tiyaqnibokla görüşüb. Tərəflər atəşkəs məsələsində razılığa gəliblər. Atəşkəsin elan olunması, qanlı qarşıdurmaların başa çatdırılması razılıq əldə olunan əsas məsələlər olub. Radikal Millətçi Təşkilatı "Doğru Sektor"-un lideri Dmitri Yaroş isə verdiyi açıqlamada razılaşmanın əldə edilmədiyini və qanlı qarşıdurmaların davam edəcəyini bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31