Simeone: "İkinci hissədə daha istəkli "Atletiko" gördüm"
20 Fevral 2014 19:08 İdman"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Milan"a qalib gəldikləri oyunu şərh edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı çalışdırıcı komandasının oyunundan razı qalıb:
"Matça istədiyimiz kimi başladıq. İlk on dəqiqə bizim üçün yaxşı keçdi. İkinci hissədən sonra daha istəkli "Atletiko" gördüm. Kosta vurduğu qolla bizə üstünlük qazandırdı".
D.Simeone qarşıda daha bir çətin matçın olacağını bildirib: "İşimiz hələ də çətindir. "Visente Kalderon"da daha bir oyunumuz var"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31