Çempionlar Liqası: Bunun cavabı necə olacaq?
20 Fevral 2014 09:46 İdmanUEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ötən gecə 2 qarşılaşma baş tutub.
"Arsenal" doğma azarkeşlər önündə Münhen "Bavariya"sı ilə üz-üzə gəlib. Matçın ilk hissəsində komandalar hərəyə 1 dəfə penalti qazanıblar. Ancaq əvvəlcə Məsut Özil, daha sonra Alaba "lotereya"nı qola çevirə bilməyiblər. İkinci hissədə daha inamlı oyun nümayiş etdirən münhenlilər qələbə qazanaraq, cavab qarşılaşması üçün yaxşı nəticə əldə ediblər.
Digər oyun isə İtaliyada baş tutub. "Milan" öz meydanında Madrid" Atletiko"sunu qəbul edib. İspaniya çempionatında çempionluğa oynayan madridlilər matçda minimal hesablı qələbə qazanıblar.
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
18 fevral (çərşənbə axşamı)
Arsenal (İngiltərə) - Bavariya (Almaniya) - 0:2
Qollar: Kross, 54, Muller, 88.
Milan (İtaliya) - Atletiko (İspaniya) - 0:1
Qol: Dieqo Kosta, 83.