Əfsanə geri döndü
19 Fevral 2014 18:26 İdmanBraziliya millisinin keçmiş futbolçusu Rivaldo 41 yaşında yenidən yaşıl meydana qayıdıb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hazırda Braziliya C seriyasında yarışan "Moji Mirin" klubunun prezidenti olan braziliyalı əfsanəvi futbolçu 18 yaşlı oğlu Rivaldinyo ilə eyni matçda forma geyib. O, "Pirasikaba" ilə qarşılaşmanın ikinci hissəsində oyuna daxil olub. Oyundan sonra "İnstaqram" hesabından fikirlərini bildirən Rivaldo bu matçın onun üçün özəl olduğunu deyib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31