Xavi Raul Qonzalesə çatdı
19 Fevral 2014 19:11 İdman"Barselona"da bir sıra rekorda imza atan Xavi Hernandez "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesin uğurunu təkrarlayıb.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, "Mançester Siti" ilə matçda 90 dəqiqə meydanda olan ispan yarımmüdafiəçi Çempionlar Liqasında çıxdığı oyunların sayını 144-ə yüksəldib.
Bununla da o, R.Qonzalesə çataraq ÇL-də ən çox forma geyən futbolçular arasında 2-3-cü yerləri bölüşdürür.
Qeyd edək ki, ÇL-də ən çox forma geyinən futbolçu 149 oyunla "Mançester Yunayted"in yarımmüdafiəçisi Rayan Qiqqzdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31