Loran Blan: "Bu hələ son deyil"

"Səfərdə qələbə qazanmağımız çox yaxşı oldu. İstədiyimiz kimi oyun nümayiş etdirdik. Hər kəs uzun müddətdir ki, bu matçı gözləyirdi. Düzdür, "Bayer"in səhvləri oldu, amma biz də çox yaxşı oynadıq".
Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri PSJ-nin baş məşqçisi Loren Blan Çempionlar Liqasının 1/8 finalında "Bayer"lə oyundan (4:0) sonra deyib.
O, bu qələbənin növbəti mərhələyə çıxmaq anlamına gəlmədiyini bildirib: "Bütün futbolçularıma təşəkkür edirəm. Amma bu hələ son deyil. Hələlik növbəti mərhələyə çıxmamışıq. Öz evimizdə də buradakı kimi oynamalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31