Martino: "Barselona" hələ 1/4 finala adlamayıb"
19 Fevral 2014 19:47 İdman"Barselona" klubunun baş məşqçisi Xerardo Martino dünən "Mançester Siti" ilə baş tutan oyun (2:0) haqda fikirlərini bölüşüb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis komandasının 1/4 finala adlayacağına əmin olmadığını bildirib:
"Onu deyə bilərəm ki, 90 dəqiqə ərzində yaxşı oynadıq və layiqli qələbə qazandıq. Cavab matçında meydana ən azı bu hesabı qorumaq üçün çıxacağıq. Komandamın 1/4 finala adlayacağına əmin deyiləm. Çünki bizi qarşıda daha bir 90 dəqiqə gözləyir. Əgər cavab matçında ilk görüşdəki kimi oynasaq, o zaman istəyimizə nail olarıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31