Ture: "Barselona"ya hakim səhvlərindən məğlub olmadıq"

"Mançester Siti" klubunun futbolçusu Yaya Ture dünən məğlub olduqları "Barselona" ilə oyun (0:2) haqda danışıb.
Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu İspaniya mətbuatına açıqlamasında məğlubiyyətə hakimin yanlış qərarlarının səbəb olmadığını bildirib:
"Biz "Barselona"ya hakimin yanlış qərarları səbəbindən məğlub olmadıq. "Barselona" dünyanın ən güclü komandasıdır. Onlar dünən bunu bir daha sübut etdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31