Fabreqas Mourinyonun cavabını verdi
19 Fevral 2014 19:03 İdman"Barselona"nın futbolçusu Sesk Fabreqas Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"yə qalib gəldikdən (2:0) sonra "Çelsi"nin çalışdırıcısı Joze Mourinyo haqda sərt fikirlər səsləndirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli oyunçu portuqaliyalı çalışdırıcını işarə edərək deyib: "Bəziləri oyundan əvvəl çox danışırdı. Ümid edirəm ki, artıq ağızlarını yumub, bir neçə gün susarlar".
Qeyd edək ki, Mourinyo sözügedən qarşılaşmadan əvvəl Kataloniya klubunun tarixinin ən pis dönəmini yaşadığını və "Mançester Siti"nin qalib gəlmək şanslarının yüksək olduğunu bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31