Azərbaycan çempionatı: "Xəzər Lənkəran" "Bakı"ya, "Neftçi" "İnter"ə qarşı

Bu gün Topaz Premyer Liqasında XXII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq turun 3 görüşü Bakıda, 2-si isə əyalətdə gerçəkləşəcək.

Günün ilk matçı paytaxtda keçiriləcək. "Qəbələ" səfərdə AZAL-ın qonağı olacaq. III dövrəyə istədiyi kimi başlaya bilməyən və xallar itirən Yuri Syominin komandası 2 turdan sonra qələbə sevinci yaşamaq fikrindədir.

Bu matçdan 1 saat sonra azarkeşlər paytaxt derbisinin şahidi olacaqlar. "Neftçi" öz meydanında "İnter"lə üz-üzə gələcək. Son iki turda qələbə qazana bilməyən və heyətində itkiləri olan ev sahibinin bu oyunda şansı azdır.

"Simurq" isə ilk 2 dövrədə də məğlub etdiyi "Sumqayıtla" qarşılaşacaq. Zaqatala təmsilçisi doğma azarkeşləri qarşısında autsayderi məğlub edərək 2014-cü ilin ilk xalını qazanmaq istəyir.

Lider "Qarabağ" da autsayderlə üz-üzə gələcək. Ağdam klubu cari mövsümdə məğlub edə bilmədiyi rəqibi bu dəfə üstələyərək zirvədəki yerini möhkəmləndirmək niyyətindədir.

"Xəzər Lənkəran" doğma azarkeşləri qarşısında "Bakı"nı sınağa çəkəcək. 2014-cü ilə uğurla başlayan iki komanda arasında gərgin qarşılaşma gözlənilir. Mustafa Dənizlinin gəlişindən sonra inamlı təsir bağışlayan Cənub təmsilçisi ötən turdakı qələbədən sonra uğurlu seriyanı davam etdirmək fikrindədir.


XXII tur
19 fevral (çərşənbə)

15:00. AZAL - "Qəbələ"
İlk 2 dövrədəki oyunlar: 1:2, 0:1
AZAL Arena stadionu

16:00. "Neftçi" - "İnter"
İlk 2 dövrədəki oyunlar: 3:1, 1:3
Bakcell Arena stadionu

16:00. "Simurq" - "Sumqayıt"
İlk 2 dövrədəki oyunlar: 3:1, 1:0
Zaqatala şəhər stadionu

17:00. "Rəvan" - "Qarabağ"
İlk 2 dövrədəki oyunlar: 1:1, 0:0
Bayıl Arena stadionu

17:00. "Xəzər Lənkəran" - "Bakı"
İlk 2 dövrədəki oyunlar: 2:1, 0:3
Lənkəran şəhər mərkəzi stadionu


komanda
o
q
h
m
t
x
1
Qarabağ
21
12
6
3
34-13
42
2
Neftçi
21
11
5
5
32-23
38
3
Qəbələ
21
12
2
7
32-20
38
4
İnter
21
11
3
7
32-23
36
5
Bakı
21
11
3
7
37-22
36
6
Xəzər L
21
7
8
6
32-28
29
7
Simurq
21
6
7
8
19-19
25
8
AZAL
21
6
7
8
21-29
25
9
Rəvan
21
1
7
1
12-40
10
10
Sumqayıt
21
1
6
14
14-38
9

​Bombardir: Vaqif Cavadov ("İnter") - 10.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31