Nazir Şamaxıda vətəndaşları qəbul edəcək
18 Fevral 2014 17:03 İdmanGənclər və İdman naziri Azad Rəhimov fevralın 25-də Şamaxı rayonunda Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan sakinləri qəbul edəcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, qəbul Şamaxı Olimpiya Mərkəzində baş tutacaq. Qəbula yazılmaq arzusunda olan vətəndaşlar fevralın 24-dək müvafiq rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31