Aquero "Barselona" ilə matçda oynayacaqmı?

"Mançester Siti" bu gün Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə matça ciddi itki ilə çıxacaq.
Qol.Az-ın klubun saytına istinadın verdiyi məlumata görə, yanvarın 29-u Premyer liqada "Tottenhem"lə görüşdə zədələnən Serxio Aquero bu qarşılaşmada oynaya bilməyəcək. Zədəsi hələ də sağalmayan hücumçu heyətə daxil edilməyib.
Fevralın 2-dən futboldan uzaq qalan Fernandinyo isə artıq sağalıb. Onun Kataloniya klubu ilə oyunda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, "Mançester Siti" - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31