Güləşçilərimiz Bolqarıstana gedir

Fevralın 21-23-ü tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 52-ci "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasından "OLAYLAR"-a daxil olan məlumata görə, sərbəst güləş üzrə yığma komandamız da turnirdə iştirak edəcək. Heyətdə Ruslan Surxayev (57 kq), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), Həmzət Osmanov (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31