Pike: "Atletiko" və "Çelsi"yə qarşı oynamaq çox çətindir"
17 Fevral 2014 18:40 İdman"Barselona"nın müdafiəçisi Jerard Pike mübarizə aparmaqda çətinlik çəkdikləri klubların adlarını açıqlayıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu deyib ki, bu komandalar "Atletiko" və "Çelsi"dir:
"Onlar kimi müdafiə olunan komandalara qarşı oynamaq bizim üçün çox çətindir. Əgər rəqibin 1.90 sm boyunda futbolçuları varsa, bu, işimizi daha da ağırlaşdırır. Çünki "Barsa" qısaboylu oyunçulardan ibarət komandadır. Bunun üçün də müdafiə olunmaq asan olmur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31