FİFA dopinq-testə başlayır

Bu il Braziliyada baş tutacaq DÇ-2014-ün final mərhələsinin iştirakçısı olan 32 komandanın bütün futbolçuları dopinq-testdən keçiriləcək. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu haqda FİFA-nın tibbi xidmətinin rəhbəri İrji Dvorjak məlumat verib.
O bildirib ki, həmin proses yarış başlanana qədər yekunlaşacaq. "Mən çox şadam ki, hamı testin nə vaxt olacağından xəbərsizdir. Çünki bunu açıqlamırıq. Biz bu prosesi istənilən vaxt, istənilən yerdə başlaya bilərik. Martın 1-dən etibarən bizə milli komandadakı oyunçuların koordinatları bildiriləcək. Bundan sonra nə vaxt və hara gedəcəyimizə qərar verəcəyik" - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31