"Atletiko" Raul Qarsiya ilə müqaviləni yenilədi

"Atletiko" futbolçusu Raul Qarsiya ilə müqaviləni yeniləyib. 
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi ilə 2015-ci ildə başa çatacaq sözləşmənin müddəti daha üç il uzadılıb.

Qeyd edək ki, Avropanın bir çox klubunun maraqlandığı R.Qarsiya bu mövsüm Madrid klubu ilə 32 matçda oynayıb və 13 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31