Bekhem Ronaldonu transfer etmək istəyir
17 Fevral 2014 19:53 İdmanMayamidə futbol klubu alan Devid Bekhem yeni komandasına dünyanın ən yaxşı futbolçusunu gətirmək istəyir. Qol.Az-ın məlumatına görə, "The Sun"a danışan MLS nümayəndələrindən biri İngiltərə millisinin keçmiş futbolçusunun kluba Kriştiano Ronaldonu transfer etmək niyyətində olduğunu deyib. Ancaq portuqaliyalı hücumçunun heyətə cəlb olunması 2017-ci il üçün düşünülür:
"Bekhem komandaya yeni bir ulduz futbolçu gətirmək lazım olduğunu bilir. Həmin oyunçu isə Ronaldodur. Kriştiano ABŞ-ı sevir. Onun karyerasının burada bitirmək istədiyi sirr deyil. Ronaldo futboldan getdikdən sonra da ABŞ-da yaşamağı planlaşdırır. Bu səbəbdən o, göndəriləcək təklifi müsbət cavablandıra bilər. Ancaq bu transfer 2017-ci il üçün düşünülür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31