Güləşçilərimizin daha bir uğuru

Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından "OLAYLAR"-a daxil olan məlumata görə, 42-ci dəfə keçirilən turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Bu nəticə ilə yığmamız komanda hesabında üçüncü olub. Türkiyə birinci, ABŞ komandası isə ikinci sırada qərarlaşıb. Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Olimpiya mükafatçımız Xetaq Qazyumov (97kq) turnirin qalibi olub. O ardıcıl olaraq Türkiyə yığmasının 5 güləşçisini mübarizədən kənarlaşdırıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31