"Mançester Yunayted" transferlərə 250 milyon avro ayırdı
14 Fevral 2014 18:23 İdmanBu mövsüm tarixinin ən uğursuz çıxışını edən "Mançester Yunayted" klubu yayda transferlərə yüksək məbləğdə pul xərcləməyi planlaşdırır.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" transferlərə 250 milyon avro büdcə ayırıb.
Heyətində ulduz oyunçuların az olduğu klub komandaya yeni futbolçular cəlb etməklə yeni mövsümdən çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada 42 xalla 7-ci pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31