Kapello: "Real" Çempionlar Liqasının favoritidir"

Rusiya millisinin baş məşqçisi Fabio Kapello bu mövsüm Çempionlar Liqasında favorit gördüyü komandanın adını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatına açıqlamasında italiyalı mütəxəssis "Real" (Madrid) klubunun bu mövsüm ÇL-i qazana biləcəyini deyib:
"Çempionlar Liqasında daha güclü komandalar mübarizəni davam etdirirlər. Mən "Real"ı favorit görürəm. Onların bu mövsüm bütün turnirlərdə qələbə qazanacağına inanıram. Karlo Ançelotti çox təcrübəli mütəxəssisdir. Onun komandası oyun-oyundan daha da artırır".
Qeyd edək ki, "Real" Çempionlar Liqasının 1/8 finalında "Şalke" klubu ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31