Riberi futbola nə zaman qayıdacaq?

Ciddi zədə alaraq əməliyyat olunan fransız futbolçu Frank Riberi, hələ ən azı bir aydan çox futbola meydandan kənarda azarkeşlik etməli olacaq. Siasport.az saytıı xəbər verir ki, "Bavariya"nın ulduz futbolçusunu əməliyyat edən həkimlərin rəyinə görə, təcrübəli forvard ən tezi martın ikinci yarısında təlim-məşq prosesinə qoşula bilər. "Bild" nəşri yazır ki, ayağ damarının ciddi əzədələnməsi üzündən əməliyyat olunan ulduz futbolçuya həkimləri ciddi nəzarət tətbiq ediblər və ona ən azı bir aydan çox müddətdə fiziki risqə yol verməməyi tapşırıblar. Bu isə o deməkdir ki, fransız futbolçu hətta "Arsenal" ilə keçiriləcək cavab qarşılaşmasında da meydanda olmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31