Ronaldonun zədələdiyi oyunçu uzun müddət futbolsuz qalacaq
13 Fevral 2014 19:47 İdman"Atletiko" İspaniya kubokunun yarımfinalında "Real"la matçda zədələnən Xavyer Mankilyo haqda məlumat verib. Qol.Az-ın xəbərinə görə, klub rəsmi saytından xəstəxanada müalicə olunan oyunçunun 4-6 həftə boyunluq taxacağını açıqlayıb. Boynunda qırıq olan futbolçunun bu gün evə buraxılması gözlənilir. Onun ən azı iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Mankilyo "Real"ın hücumçusu Kriştiano Ronaldonun qaydanı pozması nəticəsində zədələnmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31